Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Federal Təhqiqat Xidməti Vladimir vilayətində qul əməyindən istifadə etməkdə şübhəli bilinən regional deputatı saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 25-də TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, saxlanılan şəxs vilayətin Sobinski rayon xalq deputatları sovetinin deputatı olub. Təhlükəsizlik qüvvələri deputatla yanaşı, onun cinayətkar qrupuna daxil olan daha üç nəfəri saxlayıb. İstintaqın tələbi ilə hər 4 şübhəli şəxs tutularaq istintaq təcridxanasına yerləşdirilib.
Bundan əvvəl Rostov vilayətində də fermada qul əməyindən istifadə etdiyinə görə Azov şəhər sakini həbs edilib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ