İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan yeni təhlükəli addım

Rusiya nüvə başlığı daşıya bilən orta və qısa mənzilli raketlərin (INF) yerləşdirilməsinə qoyulan moratoriumunu ləğv edəcək.

Musavat.com xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, bu qərarı Rusiya və Çinin xəbərdarlıqlarına baxmayaraq, bütün dünyada raketlərini yerləşdirməyə davam edən ABŞ-ın hərəkətlərinə “cavab” adlandırıb. Lavrovun sözlərinə görə, moratorium hələlik qüvvədədir, lakin qadağa aktuallığını itirdiyi üçün onun gələcəyi sual altındadır. Onun bildirdiyinə görə, Rusiya artıq Dneprə “Oreşnik” orta mənzilli ballistik raket atmaqla “qətiyyətini” nümayiş etdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR