İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ŞOK HƏDƏ: Kiyev rejimi elə bir cavab alacaq ki...

Ukrayna prezidentinin ştatdankənar müşaviri Oleksiy Arestoviçin Kiyevə verilən yeni ABŞ istehsalı zenit-raket sistemləri vasitəsilə Rusiyanın vurula biləcəyi barədə xəbərdarlığı sözügedən ölkədə ciddi narahatlıq doğurub. Arestoviçin sözlərinə görə, Ukrayna ən qısa zamanda bu addımı atacaq.

Dövlət Dumasının yarımadadan olan deputatı Mixail Şeremet “RİA Novosti”yə bildirib ki, Krım körpüsünə hücum cəhdi edilsə, bu, Kiyev üçün “sarsıdıcı zərbə” olacaq. 

“Ukrayna millətçilərinin Krım körpüsünə hücum cəhdi Kiyevin qərar qəbuletmə mərkəzlərinə, hərbi infrastruktura və silah təchizatı logistika kanallarına sarsıdıcı zərbə ilə nəticələnəcək. Təxribata görə Kiyev rejimi elə bir cavab alacaq ki, daha özünə gələ bilməyəcək”, - Şeremet qeyd edib.

Yarımadanın senatoru Olqa Kovitidi də “RİA Novosti”yə açıqlamasında deyib ki, Krım körpüsü Ukrayna raketləri üçün əlçatmaz hədəfdir. Onun fikrincə, Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Oleksiy Arestoviçin Krım körpüsünü ABŞ-ın silahları ilə vuracağı barədə hədəsi real deyil. “Krım körpüsü üçün real təhlükə yoxdur. Məsafə nəzərə alınmaqla mövcud planlar körpünü düşmən üçün əlçatmaz edir” - Kovitidi bildirib.

Senator vurğulayıb ki, Rusiya Ukrayna silahlarını qiymətləndirir, onlardan istifadənin üsul və taktikalarını proqnozlaşdırır. Bununla bağlı Krım körpüsünə zərbə də daxil olmaqla, Kiyevin bütün bəyanatları öyrənilir.

Federasiya Şurasının daha bir üzvü Andrey Klişas bildirib ki, Kiyev hakimiyyətinin təhdidləri səbəbindən Ukraynada denasifikasiya və demilitarizasiya aparılmalıdır. Onun sözlərinə görə, əgər bu edilməsə, Kiyev Rusiya ərazilərini təhdid etmək imkanını saxlayacaq.

Kiyevin Krıma HIMARS və M270 MLRS-nin köməyi ilə zərbə endirmək təhdidləri fonunda siyasi ekspert Ruslan Balbek yarımadanın hava hücumundan müdafiə sistemi ilə qorunduğunu xatırladıb. “Krımı raketlə vurmaq başını divara çırpmaq kimi bir şeydir. Nəzəri olaraq, ola bilsin ki, divar sınacaq, amma həyatda bu, əksinədir”, - o, açıqlamasında deyib.

ad6c7df0-5117-3a3b-8ede-3ecdef6fe6ec_850.jpg (76 KB)

Balbek hesab edir ki, Kiyevin həqiqətən də adadakı hədəfləri vurmaq arzusu var. Əgər ABŞ 300 km mənzilli HIMARS üçün raketlər ötürsə, Ukrayna Silahlı Qüvvələri onları Krım istiqamətində sınaqdan keçirə bilər, lakin raket hədəfi vura bilməyəcək.

“Krımda laylı hava hücumundan müdafiə sistemi qurulub, onu bir atışla keçmək çox çətindir. Bununla belə, Zelenskinin komandası yarımadaya doğru istənilən raket hücumunu böyük qələbə kimi təqdim edəcək” - ekspert yekunlaşdırıb.

Krım körpüsü (və ya Kerç körpüsü) Kerç və Taman yarımadalarını birləşdirir. Körpü iki paralel hissədən — avtomobil yolundan  və dəmiryol xəttindən ibarətdir. Körpünün uzunluğu 19 km-dir. Krım Rusiya ərazisində tikilən ən uzun körpü hesab olunur. Bəzi mənbələrdə isə Krım Avropanın ən uzun körpüsü hesab olunur.

Крымский_мост_21_декабря_2019_года.jpg (7.94 MB)

Körpünün tikilməsi ideyası Krımın Rusiyaya birləşdirilməsindən sonra meydana gəlib. Ukrayna və Rusiya arasında münasibətlərin korlanmasından sonra ruslar Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdilər. Avtomobil yolu 2018-ci ildə, dəmiryol xətti isə 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verildi. Körpü uzun estakadalar üzərində inşa olunub. 595 dayaqdan ibarət olan estakadaların ümumi çəkisi 260 min tondur. 

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR