İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan qeyri-dost ölkələrə gedən turistlərlə bağlı QƏRAR

Rusiya Xarici İşlər Nazirliyi rusiyalı turistlərin dost olmayan ölkələrə girişi ilə bağlı tövsiyələri yeniləmək qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə idarənin konsulluq şöbəsinin rəhbəri Aleksey Klimovun açıqlamasında bildirilir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, qeyri-dost ölkələrə səyahət etmək istəyən yerli turistlər üçün tövsiyələrin yenilənməsi üzrə işlər “müvafiq mənfi nəticələrin riskləri” nəzərə alınmaqla aparılır.

Qeyd edək ki, Rusiya üçün qeyri-dost ölkələrin köhnə siyahısı aşağıdakı kimidir:

ABŞ, Avstraliya, Albaniya, Andorra, Baham adaları, Britaniyanın xarici əraziləri, Böyük Britaniya, Avropa Birliyinə daxil olan ölkələr, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Yeni Zelandiya Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR