Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin birinci yarısında Rusiyadan Qazaxıstana ümumi investisiya axını 1,1 milyard dollara çatıb.
Musavat.com xəbər verir ki, bu barədə respublikanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, ilin birinci yarısında Rusiya investisiyalarının ümumi axını 1,123 milyard dollar olub: “Bu ilin noyabrına kimi Qazaxıstanda Rusiyadan olan hüquqi şəxslərin iştirakı ilə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərən 22 mindən çox şirkət fəaliyyət göstərib: topdan və pərakəndə ticarət; tikinti; informasiya və rabitə; inzibati və yardımçı xidmət fəaliyyəti; istehsal; peşə, elmi və texniki fəaliyyət”.
Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2022-ci ilin birinci yarısının yekununda Rusiyadan ölkə iqtisadiyyatına birbaşa investisiyaların ümumi axını 30 faiz artaraq 722 milyon dollardan 938 milyon dollara çatıb.
Ticarət və İnteqrasiya Nazirliyinin son məlumatlarına görə isə 2023-cü ilin səkkiz ayında ikitərəfli ticarətin həcmi 17 milyard dolları ötüb. Yanvar-avqust aylarında Qazaxıstandan Rusiyaya ixrac 21,4 faiz artaraq 6,4 milyard dollar, Rusiyadan idxal isə 8,2 faiz azalaraq 10,6 milyard dollar təşkil edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ