Onlayn ictimai-siyasi qəzet
Rusiyanı doğulduğu yer kimi yazılmasını istəməyən dağıstanlı keçmiş UFC döyüşçüsü Məhəmməd Mokaev Xasavyurt yaxınlığında qəzaya düşüb.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Qəza zamanı dağıstanlı idmançı dostu ilə birgə olub və ailəsini ziyarət etməyə gedirmiş.
O, hadisə şahidləri tərəfindən avtomobildən çıxarılıb. Mokaev ətarfdakılardan görüntü çəkməməyi xahiş edib.
Qeyd edək ki, Məhəmməd Mokaev Buinaksk şəhərində (Dağıstan Respublikası, Rusiya) anadan olub. 12 yaşında atası ilə birlikdə İngiltərəyə köçüb. Onlar birlikdə Liverpuldakı qaçqın düşərgəsində yaşayıblar. Mançesterdəki güləş klubuna qoşulub. Britaniya çempionatında iştirak edib və İngiltərə çempionu olub.
2021-ci ilin noyabrında Mokaev UFC ilə ilk müqaviləsini imzalayıb. Bu müddət ərzində o, 11 döyüş keçirib və qalib gəlib. Mokaev son döyüşünü bu ilin martında Jafel Filyoya qarşı keçirib. O, bu döyüşü boğucu fəndlə qalib gəlib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ