Onlayn ictimai-siyasi qəzet
Böyük itkilərə baxmayaraq, Rusiya lideri Vladimir Putin Ukraynanı tamamilə ələ keçirmək cəhdlərindən əl çəkməyi planlaşdırmır. Ukrayna KİV-ə müsahibəsində ABŞ-nin Əfqanıstandakı qüvvələrinin keçmiş komandanı, general Devid Makkirnan deyib.
“Rusiya qoşunlarının irəliləyişi mərhələli olsa da və yalnız əhəmiyyətli itkilərlə əldə olunsa da, Ukrayna da işçi qüvvəsi çatışmazlığı yaşayır və Qərbin daimi maddi-texniki və kəşfiyyat dəstəyinə ehtiyacı var”, - general qeyd edib.
Müharibənin sonrakı gedişatına gəlincə, Makkirnan bildirib ki, Putin atəşkəs razılaşması əldə olunsa belə, bütün Ukrayna üzərində nəzarəti bərqərar edənə qədər dayanmayacaq. General Rusiyanın bu məqsəd üçün özünün və Şimali Koreya kimi əcnəbi qüvvələri döyüşə atmaqda davam edəcəyini vurğulayıb.
Xarici vətəndaşlardan Rusiyaya daxil olmaq üçün QR kodu tələb olunacaq. İyunun 30-dan etibarən Rusiyaya vizasız daxil olmaq üçün “Gosuslugi RuID” vasitəsilə əvvəlcədən QR kodu əldə etmək lazım olacaq.
Rusiyaya səyahətdən ən azı 3 gün əvvəl qeydiyyat tələb olunur: məlumatlarınızı, marşrutunuzu, səfər məqsədinizi daxil etməli və sənədləri yükləməlisiniz. Xarici vətəndaş fövqəladə hallarda girişdən 4 saat əvvəl qeydiyyatdan keçməlidir.
QR kod 90 gün ərzində etibarlıdır. Lakin bu əcnəbinin RF ərazisinə mütləq girişinə zəmanət vermir. Bununla bağlı qərar hələ də sərhədçilərin ixtiyarındadır.
Bundan əlavə xarici vətəndaş sərhədi keçən zaman həmçinin biometrik məlumatları təqdim etməlidir. İstisnalar Belarus vətəndaşları, diplomatlar və 6 yaşa qədər uşaqlar üçündür. Pilot rejim 2026-cı ilin iyun ayına qədər davam edəcək.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Mehman İsmayılovla gündəmi müzakirə edirlər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ