Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin birinci yarısında Avropaya Rusiya boru kəməri qazının tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb.
Musavat.com Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarına dair hesabatına əsasən xəbər verir ki, bu, 2021 səviyyəsindən 75 faiz azdır.
Hesabatda qeyd olunur ki, 2024-cü ilin birinci yarısında Avropaya boru kəmərləri ilə Rusiya qazının tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faiz və ya 1,5 milyard kubmetr artıb.
2024-cü ilin ilk beş ayında Rusiyadan Avropa İttifaqına qaz nəqli 10 faizdən çox (və ya 1 milyard kubmetrdən çox), Türkiyəyə ixrac isə 2,5 faiz artıb. Bununla belə, IEA bildirir ki, ilin birinci yarısında Rusiya boru kəməri qazının Avropanın ümumi qaz tələbatında payı 10 faizdən aşağı olaraq qalıb.
Agentliyin proqnozlarına görə, 2024-cü ildə Avropada OECD ölkələrinə Rusiya boru kəməri qazının tədarükü 5 faizdən çox arta bilər.
IEA daha əvvəl bildirmişdi ki, 2023-cü ildə Rusiya boru kəməri ilə Avropaya qaz tədarükü (Türkiyə də daxil olmaqla) 1970-ci illərin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb və təqribən 45 milyard kubmetr təşkil edib.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ