İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Avropaya qaz çatdıran yeganə kəmərlə ixrac kəskin azalıb

Bu ilin mart ayında Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdıran “Türk axını” qaz kəmərinin Avropa qolundan istifadə 80 faiz təşkil edib. Bu, kəmərin gücündən 98 faiz istifadənin qeydə alındığı fevralla müqayisədə kəskin azalma deməkdir.

Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, bunu Avropa qaz nəqli operatorlarının məlumatları sübut edir.
2025-ci ilin mart ayında kəmərlə cəmi 1,404 milyard kubmetr qaz nəql edilib. 2025-ci ilin yanvar ayında bu göstərici 1,558 milyard kubmetr, fevralda 1,552 milyard kubmetr olub.

2025-ci ilin birinci rübündə magistral boru kəməri ilə 4,514 milyard kubmetr qaz nəql edilib. 2024-cü ilin yanvar-mart aylarında bu göstərici 3,888 milyard kubmetr olmuşdu. 2024-cü ildə Strandja 2/Malkoçlar məntəqəsindən (Türkiyə ilə Avropa İttifaqı sərhədində yerləşən məntəqə) 16,674 milyard kubmetr qaz keçib (2023-cü ildə - 13,661 milyard kubmetr).

Qeyd edək ki, yanvarın 1-dən Ukrayna ərazisindən Avropaya qaz nəqli tamamilə dayandırılıb. Buna görə də Slovakiya və Macarıstan qazı Türk axını ilə almağa başlayıblar.

Türk axını Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə çıxan qaz kəməridir. Layihə gücü 31,5 milyard kubmetr olan kəmərlə vurulan qaz Türkiyə ərazisindən tranzitlə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə nəql olunur. Boru kəməri hər biri 15,75 milyard kubmetrə qədər qaz nəql etmək gücündə olan iki xəttdən ibarətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR