İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Araz Ağalarova və Qod Nisanova qarşı HÜCUM: bizneslərini QAPADA BİLƏRLƏR – CANLI

Xəbər verdiyimiz kimi, rusiyalı deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "Velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.

Rusiyalı depuatlar “azərbaycanlıları Rusiyadan qovmaq lazımdır” cümləsindən tutmuş “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” cümləsinə qədər ağızlarına gələni danışırlar.

Musavat.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, onlar Rusiyadakı azərbaycanlı bizmesmenləri də hədəf göstərirlər. Araz Ağalarov və Qod Nisanov kimi tanınmış işadamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər.

"Halbuki, Rusiyadakı azərbaycanlı işadamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir" - E.Şahinoğlu əlavə edib.


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Azər Həsrətlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarmız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR