İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yenilik: 10 uşağı olana “analıq maaşı” veriləcək

Ən azı on uşağı olan analar aylıq ödəniş alacaqlar. Əmək Nazirliyinin yeni qanun layihəsində “Qəhrəman Ana” adına layiq görülən qadınlara əhəmiyyətli maliyyə dəstəyi nəzərdə tutulub. Onlara Əmək Qəhrəmanları ilə eyni hüquqlar veriləcək və eyni aylıq ödəniş təyin olunacaq.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Plexanov adına Rusiya İqtisad Universitetinin professoru  Plexanova Natalia Prodanova bildirib.

“Bu cür yeniliklər, şübhəsiz ki, çoxuşaqlı ailələrin həyat səviyyəsinə təsir edəcək, çünki Əmək Qəhrəmanları hazırda 31,9 min rubl ( 533, 72 manat) aylıq ödəniş hüququna malikdirlər və hər il aprelin 1-dən etibarən sosial pensiyalara nisbətdə indeksləşdirilir. Məsələn, bu il onlar 14,75% artacaq”, deyə rusiyalə professor əlavə edib. 

 

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR