Onlayn ictimai-siyasi qəzet
Roskomnadzor Rusiyada xaricilərə məxsus dörd milyon yarım SİM kartı bloklayacaq.
Musavat.com xəbər verir ki, bu barədə xidmətin nümayəndəsi “Spektr 2024” forumunda jurnalistlərə məlumat açıqlayıb.
Onun sözlərinə görə, indiyədək ümumilikdə 8,2 milyon nömrəyə sahib 3,8 milyona yaxın xarici vətəndaş rabitə operatorlarının ofislərində təkrar identifikasiyadan keçib. Sahibləri bu prosesi keçməyən 4,5 milyon SİM kart bloklanacaq. Roskomnadzor nümayəndəsi bildirib ki, mobil operatorların SİM kartları ilə bağlı məlumatlar təhlil edilib və 11,5 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxsə qeydiyyatda olan 26 milyon telefon nömrəsi müəyyən edilib.
Yanvarın 1-dən Rusiyada bir abunəçi üçün mobil nömrələrin sayını məhdudlaşdıran qanun qüvvəyə minib: rusiyalı üçün 20-dən çox, əcnəbi üçün isə ondan çox SİM kart verilə bilməz. Eyni zamanda operatorlar əcnəbilərlə yalnız şəxsən, onların məlumatlarının Vahid Biometrik Sistemdə olması şərti ilə müqavilə bağlaya biləcəklər.
İndi bütün xarici vətəndaşlar Roskomnadzor tərəfindən yaradılmış identifikasiya modullarının statusunun monitorinqi üçün xüsusi sistemdən istifadə etməklə yenidən şəxsiyyətlərini müəyyənləşdirirlər. Telekommunikasiya operatorları yoxlamanı noyabrın sonuna qədər başa çatdırmalıdırlar.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ