İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “vətən xainləri”nin sayı ŞOK həddə 

Rusiyada müxtəlif şəxslərə, əsasən müxalif fikirli insanlara qarşı son 7 ayda rekord sayda dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul ayları arasında 82 belə iş açılıb ki, bu da əvvəlki 20 ildəkindən çoxdur.

Müxalifyönlü mətbuat isə sözügedən maddə ilə bağlı cinayət təqiblərinin faktiki sayının daha çox olduğunu, bəzi halların Federal Təhlükəsizlik Xidməti tərəfindən gizlədildiyini bildirir.

“Birinci idarə” adlı təşkilatın hüquqşünası Yevgeni Smirnovun sözlərinə görə, Rusiyada 2023-cü ilin əvvəlindən bu yana az qala hər iş günü “vətən xainləri” həbs olunur. Beləliklə, 2023-cü ilin sonuna qədər təxminən 250 tutulmadan danışmaq mümkündür. Təkcə müdafiə müəssisələrinin işçiləri, hərbçilər və dövlət sirlərinə çıxışı olan alimlər deyil, adi vətəndaşlar da bu maddə üzrə cinayət məsuliyyətinə cəlb olunurlar. Bunun üçün onların sosial şəbəkələrdə hansısa şərhi bəyənməsi və ya abunə olması kifayət edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR