Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Rusiyada dövlətə xəyanətə görə cəzalandırılanların sayı təxminən dörd dəfə artıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir k, bunu RF-nin Ali Məhkəməsinin məhkəmə departamentinin statistikası sübut edir.
Əgər 2022-ci ildə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 275-i (dövlətə xəyanət) maddəsi ilə 16 nəfər, 2023-cü ildə - 39 nəfər mühakimə edilmişdisə, keçən il 145 şəxs bu maddə ilə məhkum edilib.
Bildirilir ki, məhkəmələr onlardan ikisini (2023-cü ildə - bir) ömürlük həbs cəzasına məhkum edib. Ötən il Rusiyada 23 nəfər casusluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi) mühakimə olunub (2023-cü ildə 9).
Sənədə görə. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 275.1-ci maddəsi (Rusiya Federasiyasının təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətə kömək etmək məqsədilə xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əsaslarla əməkdaşlıq) ilə 21 nəfər cəzalandırılıb.
Bundan başqa, ictimai yerlərdə Rusiyanın Ukraynaya hərbi təcavüzünü bəyənməyən xeyli insan da müxtəlif cəzalara məhkum olunub. Hələlik onların dəqiq statistikası məlum deyil.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ