İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada teleaparıcı Vladimir Solovyovu öldürmək istəyən dəstə saxlanılıb

Rusiyalı jurnalist Vladimir Solovyova sui-qəsd hazırlayan dəstə saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik (FTX) Xidməti məlumat yayıb. Məlumata görə, sui-qəsd planı Ukrayna Təhlükəsizlik Xidmətinin sifarişi ilə hazırlanıb. “Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsi ilə birlikdə Rusiyada fəaliyyəti qadağan edilmiş “National Socialism/White Power” terror təşkilatının bir qrup üzvünü saxlayıb. Rusiya vətəndaşları olan bu şəxslər tanınmış ictimai xadim, jurnalist Vladimir Solovyovu qətlə yetirməyi planlaşdırırdılar”, – məlumatda deyilir.

FTX-dan bildiriblər ki, saxlanılan şəxslər etirafedici ifadələr verirlər: “Onlar hadisəni törətdikdən sonra gizlənmək üçün xaricə qaçacaqdılar. Axtarışlar zamanı şübhəlilərin üzərindən partlayıcı qurğu, “Molotov kokteyli” kimi, yandırıcı vasitələr, tapançalar, ov tüfəngi, qumbara, patronlar, narkotik vasitələr və saxta Ukrayna pasportları aşkar edilərək götürülüb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR