İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Stalinin şəxsiyyətinə pərəstiş yenidən xortladı- Onu ucaldan kimlərdir?


Rusiyada Putin hakimiyyəti dövründə milyonlarla insanı günahsız yerə qurbana çevirən, yüzlərlə xalqı yurdlarından didərgin salan diktator Stalinin şəxsiyyətinə pərəstiş yenidən canlanıb.

Ukraynaya qarşı işğalçı savaşa başlayan, buna qarşı çıxanlara geniş miqyaslı repressiya siyasətini yürüdən Putin rejimi üçün  bu, təəccübedici hal deyil.

Əsl heyrət doğuran Stalini ucaltmaq istəyən insanlar, tanınmış simaların reaksiyası ilə bağlıdır. Çünki onların bir çoxlarının yaxınlarını məhz Stalin rejimi məhrumiyyətlərə məruz qoyub. İndi Stalin dövründə repressiyaya məruz qalanların övladları Z-təbliğatına Stalinə pərəstişin bərpasında kömək edirlər.

Musavat.com xarici agentliklərə istinadən həmin tanınmışlardan bəzilərini təqdim edir.

"Stalinin abidəsi üçün yer Qırmızı Meydandadır",- deyə aktrisa Mariya Şukşina bildirib. Onun babası vaxtilə “kolxoza qarşı çıxdığı üçün”  həbs edilərək məhkəmə qərarı ilə güllələnib.

Rus Pravoslav Kilsəsinin Patriarx Kirillin dediyinə görə, babası "47 həbsxanadan və 7 sürgündən keçib, 30 ilə yaxın həbsxana həyatı yaşayıb. İndi Patriarx Kirill bunları söyləyir: liderin uğurları ölkənin dirçəlişinin və müasirləşməsinə töhfə verən bir liderə zalımlığı ilə yadda qalsa belə, qarşı çıxmaq olmaz”.

Aktyor və deputat Dmitri Pevtsovun babası Semyon İsaakoviç Robert Gürcüstan SSR XDİK (Xalq Daxili İşlər Komissarlığı) tərəfindən məhkum edilib və 3 yanvar 1938-ci ildə güllələnib.  2016-cı ildə verdiyi müsahibədə bu adam Stalini tarixin ən böyük insanı adlandırır .

Babasını repressiyalarda itirən müğənni Nikolay Rastorquev isə Stalin və repressiyalar haqqında danışılanları axmaq adlandırıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR