Onlayn ictimai-siyasi qəzet
Rusiya iri şirkətlərdən “müharibə vergisi”ni artıqlaması ilə toplayıb.
Musavat.com xəbər verir ki, bu məlumatı Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya 24” telekanalına deyib.
Onun sözlərinə görə, bu vergi yığımı gözləntilərini 5 faiz üstələyib.
Qeyd edək ki, Rusiya hakimiyyəti rekord həddə çatan müharibə xərclərini qarşılamaq üçün iri şirkətlərdən birdəfəlik haqq alır. 2021-2022-ci illər üçün orta mənfəəti 1 milyard rubldan yuxarı olan iri şirkətlər üçün birdəfəlik haqq 2024-cü il yanvarın 1-dən tətbiq ediləcək. Vergi dərəcəsi bu iki illik dövrdə 2018-2019-cu illərlə müqayisədə artıq mənfəətin 10 faizini təşkil edir. Vergi 2024-cü il yanvarın 28-dən gec olmayaraq ödənilməlidir və onun məbləği vergi ödəyicilərinin özləri tərəfindən hesablanır.
Bununla belə, təminat ödənişi 2023-cü il oktyabrın 1-dən noyabrın 30-dək köçürülərsə, vergi məbləği yarıya qədər - effektiv 5 faiz dərəcəsinə qədər azaldıla bilər.
Maliyyə Nazirliyi gözlənilən gəlir vergisi hesabına 2023-cü il büdcəsini 300 milyard rubl artırmağı hədəfləyirdi:
"Biz hətta planlarımızı artıqlaması ilə yerinə yetirdik. Büdcəyə 300 milyard daxil olmalı idi, bu gün bu rəqəm 315 milyard rubldur. Artıq bu vergidən federal büdcəyə 315 milyard rubl daxil olub".
Qeyd edək ki, haqq alınası şirkətlərin hamısı 2024-cü ildə 10 faizi ödəməkdənsə, bu il 5 faiz ödəməyi üstün tutub.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ