İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada şirkətin əmlakını mənimsəyən erməni SAXLANILDI

Rusiyada "Oboronenerqo" ASC-nin informasiya texnologiyaları şöbəsinin keçmiş rəhbəri olmuş erməni Mark Manukyan şirkətin əmlakının oğurlanması ilə bağlı açılmış cinayət işi çərçivəsində saxlanılıb.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, Manukyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsinin 1-ci hissəsi (səhlənkarlıq) ilə ittiham olunub.

O, özü də günahını etiraf edib. Məhkəmə təqsirləndirilən şəxs barəsində müəyyən hərəkətlərə qadağa qoyulması ilə bağlı həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, "Oboronenergo" ASC dövlət müqavilələri əsasında Rusiya Müdafiə Nazirliyinin obyektlərinin enerji təchizatı ilə məşğuldur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR