İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada silahlı miqrantlar traktor sürücüsünü soydu - VİDEO

Sankt-Peterburqda silahlı miqrantlar traktor sürücüsünə hücum çəkiblər. 

Musavat.com xəbər verir ki, sürücünü və onun yanındakı şəxsi bıçaq və tapança ilə hədələyən üç quldur onlardan 32 min rubl və mobil telefon alıblar. “Opel Vectra” markalı avtomobilə minən silahlılar daha sonra hadisə yerindən qaçıblar.

Avtomobil daha sonra yol kənarındakı xiyabanda tərk edilmiş vəziyyətdə tapılıb, çox keçməyib ki, cinayət-axtarış şöbəsinin əməkdaşları cinayətkarları da saxlayıblar.

Saxlanılanların 20, 23 və 40 yaşlarında olduğu bildirilir. 

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR