İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada səfərbərliyə cəlb olunanlar arasında 115 nəfərin öldüyü təsdiqlənib

Ukrayna ilə müharibə zamanı Rusiya ordusuna səfərbərliyə cəlb olunan ən azı 115 vətəndaş həlak olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı “Mediazona” və “BBC” tərəfindən məlumat yayılıb. Adı çəkilən media qurumlarının araşdırmaçı jurnalistləri müharibə başlayandan Rusiya tərəfdən müharibədə həlak olanlar haqqında məlumat toplayır. Monitorinqə yalnız açıq mənbələr əsasında ölümü təsbit edilən şəxslər daxildir. Real itkilərin dəfələrlə çox olacağı ehtimal edilir.

Rusiyanın özündə rəsmi səviyyədə ölənlərin əsl sayı açıqlanmır. Qərb kəşfiyyatının nümayəndələri həlak olanların on minlərlə olduğunu bildirdilər. Ukrayna ordusunun Baş Qərargahı 74 840 rusiyalının öldürüldüyünü iddia edir.

Ukrayna tərəfdən ölən hərbçilərin də sayı açıqlanmır. Hələ bu ilin iyul ayının ortalarında müdafiə nazirliyinin sözçüsü, itkilərin üzə çıxarılmasının “düşmən üçün işləməyə” bərabər olduğuna demişdi.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns isə Ukrayna tərəfinin itkilərinin, ehtimal ki, Rusiyadan bir qədər az olduğunu xəbər edib. Rusiya tərəfinin hesablamalarına görə, Ukrayna 100 mindən çox əsgər itirib. Məlum olduğu kimi, hərbi münaqişələrin tərəfləri düşmən itkilərini şişirtməyə və öz itkilərini azaltmağa meyllidirlər.

Bu il noyabrın 4-də isə “The Insider” saytı Vaqner Özəl hərbi şirkətinin tərkibində Ukraynaya döyüşməyə gedən rusiyalı məhbuslar arasında itkilərlə bağlı material dərc edib. Jurnalistlər 500 məhbusun artıq ölə biləcəyini irəli sürüblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR