İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada radarlardan itən helikopterin axtarışına başlanılıb

Rusiyanın Kamçatka diyarında radarlardan itən "Mi-8" helikopterinin axtarışına başlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, göyərtəsində xilasedicilərin olduğu "Mi-8" vaxtında əlaqəyə çıxmadığı üçün kommersiya tipli “Robinson” helikopterin axtarışa qoşulub.

Helikopterin göyərtəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə idarəsinin Baş Qərargahının axtarış-xilasetmə qrupunun şəxsi heyəti var.

Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, mütəxəssislər fövqəladə xilasetmə işləri üçün bütün lazımi avadanlıqlara malikdirlər.

İlkin məlumatlara görə, kommersiya helikopteri şənbə günü Milkovo qəsəbəsindən qeyzerlər vadisi vasitəsilə Uzon vulkanının kalderası istiqamətində havaya qalxıb. Təyin olunmuş vaxtda göyərtəsində üç nəfərin olduğu helikopter əlaqə saxlamayıb. Məlumata görə, helikopterin sükanı arxasında biatlonçu İqor Malinovski olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR