İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qubernatoru bıçaqlayan şəxsə 13 il iş verdilər

Murmansk vilayətində məhkəmə vilayət qubernatoru Andrey Çibisə bıçaqla hücum edən Aleksandr Bıdanovu ciddi rejimli koloniyada 13 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Bıdanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30 və 105-ci maddələri ilə təqsirli bilinib.

Bildirilir ki, prokurorluq təqsirləndirilən şəxsin 14,5 il müddətinə azadlıqdan məhrum edilməsini və ciddi rejimli koloniyaya göndərilməsini tələb edib. Məhkəmədə Bıdanov bildirib ki, o, əvvəllər dediyi kimi, qubernatoru n işini bitirmək istəyib, onun sağlamlığına zərər vurmaq yox.

Andrey Çibisə sui-qəsd cəhdi aprelin 4-də axşam saatlarında baş verib. Həmin vaxt qubernator yerli sakinlərlə görüşdən sonra mədəniyyət mərkəzindən çıxırmış. Bu zaman məhkum ona hücum edərək qarnına bıçaq zərbəsi endirib, sonra qaçmağa çalışıb, lakin yaxınlıqda olan milli qvardiyanın əməkdaşı ona atəş açıb. Nəticədə güllə Bıdanovu baldır nahiyəsindən yaralayıb və o, saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR