İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Qərb qırıcılarına qarşı xüsusi raket hazırlandı

Rusiya konstruktorları Qərb qırıcılarına, o cümlədən "F-16" təyyarələrinə qarşı raket hazırlayıblar.

Bunu Rusiya Aerokosmik Qüvvələrinin rəsmisi bildirib.

Onun sözlərinə görə, Rusiya təkmilləşdirilmiş təyyarə raketi şəklində "sürprizlər hazırlayır".

Hərbçi bildirib ki, yeni raket müxtəlif model təyyarələri vurmağa qadirdir.

O, təkmilləşdirilmiş raketin dəqiqliyinin artırıldığını və kəskin manevr edən hədəfləri vura biləcəyini açıqlayıb. Hərbçi qeyd edib ki, yeni silahın adı hələ məlum deyil.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR