İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Qərb istehsallı lüks avtomobil satışı kəskin artıb: Haradan alınır?

Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, 2024-cü ildə Rusiyada Avropa, ABŞ və Yaponiya istehsallı yeni premium minik avtomobillərinin satışı artıb.

Musavat.com “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bəzi markalar və modellər hətta sanksiyadan əvvəlki dövrdə göstərilən nəticələri üstələyiblər.

Belə ki, ötən il ruslar 11,8 min BMW avtomobili alıb ki, bu da 2023-cü illə müqayisədə 30,3 faiz çoxdur. Ruslar 2 mindən çox yeni Porsche idman avtomobili və krossoveri (+15,6 faiz), 150 Lamborghini krossoveri və superkarı (+32,7 faiz) və təxminən eyni sayda Rolls-Royce (+74,7 faiz) alıb. Land Rover və Bentley müvafiq olaraq 2336 və 175 avtomobil satıb (+12,8 faiz və +19,9 faiz).

Maraqlıdır ki, sanksiyalara, o cümlədən bəzi avtomobillərin Rusiyaya idxalına qadağa qoyulmasına baxmayaraq, bəzi modellərin satışında sıçrayış qeydə alınıb. Məsələn, Amerikanın tam ölçülü “Dodge Ram” pikap maşını 2021-ci ildə Rusiyada cəmi 422 ədəd, ötən ilin sonuna isə 1662 ədəd satılıb.

Üstəlik, bəzi avtomobil markaları (yalnız premium olanlar deyil) 2024-cü ildə 2021-ci ilə nisbətən daha yaxşı nəticələr göstərib. Belə ki, Honda brendi Rusiyada fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatlara baxmayaraq, 2024-cü ildə əvvəlki illə müqayisədə 100 faiz artım nümayiş etdirib - 2733 yapon markalı avtomobil qeydiyyata alınıb. Müqayisə üçün qeyd edək ki, Honda 2021-ci ildə cəmi 1550 avtomobil satıb. Keçən il Ford avtomobilləri 396 rus alıcı tapdısa, 2021-ci ildə “boz” idxalla birlikdə cəmi 249 avtomobil satılmışdı.

O da maraqlıdır ki, Rusiyada premium avtomobillərin satışı həmin markaların qlobal bazarda satışının azalması fonunda artıb. Belə ki, BMW və Mercedes-Benz 2024-cü ildə 2023-cü illə müqayisədə 4 faiz az avtomobil satıblar. Audi, satışlarını, demək olar ki, 12 faiz azaldıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR