İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada poliqonda PARTLAYIŞ - 12 hərbçi ÖLDÜ

Rusiyanın Rostov vilayətində hərbi təlim poliqonunda partlayış baş verib. Nəticədə 12 hərbi qulluqçu ölüb.

İnsidentin noyabrın 3-də baş verdiyi bildirilib.

Həlak olan hərbçilərin Primorsk diyarının dəniz piyadaları olduğu məlum olub. Hadisə ilə bağlı məlumatı 161.RU müxbirinə üç müstəqil mənbə - hüquq-mühafizə orqanlarından, ordudan və istintaq orqanlarından təsdiqləyiblər.

Faciə noyabrın 3-də Rostov yaxınlığındakı Kuzminski hərbi poliqonunda baş verib. İlkin səbəb kimi təhlükəsizlik qaydalarına əməl edilməmək göstərilir.

“Dəniz piyadaları briqadasından təxminən 20 nəfər sursat bloklarının yanında nahar fasiləsi zamanı atəş yandırıb. RPG-7 qumbaraatan mərmisi alovun içinə yuvarlanaraq düşüb və partlayıb. Səkkiz nəfər yerindəcə ölüb, daha səkkiz nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü xəstəxanada keçinib. Yaralanan və ölənlərin hamısı Vladivostokdan olan müqaviləli əsgərlərdir", - deyə mənbə bildirib.

Hərbi ölüm faktı ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR