Onlayn ictimai-siyasi qəzet
Böyük iş adamlarına məxsus bir sıra Rusiya şirkətləri silahlı qüvvələrin tərkibində Ukraynaya qarşı müharibəyə göndərilən könüllülərə maaş verir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya ordusunun könüllü batalyonlarının döyüşçülərinə sponsorluq edənlər arasında Oleq Deripaska, Leonid Mixelson, Mixail Qutseriyevin şirkətlərinin adı çəkilir. Eyni zamanda, hərbi qulluqçuların formal olaraq işlədiyi bəzi şirkətlər heç bir sanksiya siyahısına daxil edilməyib.
“Biz Müdafiə Nazirliyi ilə müqavilə bağlanmazdan bir gün əvvəl könüllünü şirkətimizdə işə götürürük, sonra isə onunla əmək müqaviləsini dayandırırıq. Məhz bundan sonra Ukrayna ilə müharibəyə könüllü qatılana guya “təzminat” ödəmək üçün (yəni əslində həmin döyüşçüyə pul ödəmək - red.) əsas yaranır. Belə bir fırıldaqçı sxem “Sokol” batalyonunda (108-ci Hava Hücum Alayının bir hissəsi) tətbiq olunub”, - məlumatda deyilir.
Məlumata görə, “Sokol”un müharibəyə yazılmaq istəyənlər üçün teleqramında göstərdiyi telefon nömrələri “Rusal Management”ə məxsusdur. Həmin qurum Oleq Deripaskanın “Rusal” şirkətinin törəmə şirkətidir. Buna görə də “Sokol” döyüşçüləri iki mənbədən - Müdafiə Nazirliyi və Deripaskanın strukturlarından maaş alırlar. Bəzi könüllülərin rəsmi olaraq Deripaska ilə əlaqəli özəl mühafizə şirkətlərində işlədiyi iddia edilir.
Könüllülər Deripakadan başqa, Leonid Mixelsonun və Gennadi Timçenkonun “Novatek” şirkəti və ona bağlı özəl mühafizə şirkəti, habelə “Mujestvo” fondu vasitəsilə pul alırlar. İddialara görə, könüllülərə tikinti maqnatı Sergey Qordeev və iş adamı Mixail Qutseriyevin şirkətləri maliyyə yardımı göstərir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ