İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada nəhəng neft anbarı VURULDU: Qonşu rayonlardan dəstək GÖNDƏRİLDİ - VİDEO

Çərşənbə günü axşam saatlarında Voronej vilayətinin Liski rayonunda neft bazasında güclü yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.

Onun sözlərinə görə, onlarla texnika yanğınla mübarizəyə cəlb olunub.

Qubernator bildirib ki, yanğının söndürülməsi üçün qonşu rayonlardan əlavə qüvvələr göndərilib. Hadisə zamanı təlafat baş verməyib.

Hadisə şahidləri yanğının kadrlarını sosial şəbəkələrdə paylaşıb. Onların sözlərinə görə, neft anbarı pilotsuz təyyarənin hücumuna məruz qalıb.

Məlumata görə, yanvarın 16-na keçən gecə Voronej vilayətinin üç rayonu 10-dan çox pilotsuz təyyarənin hücumuna məruz qalıb.

Rusiyanın Rostov, Oryol və Belqorod vilayətlərinin də PUA-ların hücumuna məruz qaldığı bildirilir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR