Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sterlitamak bölgəsində neft-kimya zavodunun boru kəmərində partlayış baş verib.
BAKU.WS "Shot" teleqram kanalına istinadən xəbər verir ki, nəticədə 3 nəfər yaralanıb.
Telekanalın məlumatına görə, xəsarət alanlardan ikisi müəssisənin işçisidir. Üçüncüsü şəxs isə hadisə şahidi olub.
Təcili yardım xidmətləri hadisə yerində olduğu bildirilib.
Qeyd olunub ki, səhər saatlarında zavodda boru kəməri təmizlənib. Partlayış saat 11:20-də baş verib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ