Onlayn ictimai-siyasi qəzet
Moskva vilayətində Rusiya Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı naməlum şəxslərin hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
"Moskva vilayətinin Noqinsk rayonunda naməlum şəxslər Daxili İşlər Nazirliyinin əməkdaşlarına hücum edərək motosikletlə hadisə yerindən qaçıblar. Nəticədə bir polis güllə yarasından ölüb", - deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, daha bir polis əməkdaşı xəsarət alıb, vəziyyəti ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, silahlı hücum narkotik alverçisinin saxlanılması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı baş verib.
Hazırda hadisəni törədənlər axtarılır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ