İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müxalifət lideri vətənə xəyanətdə ittiham olundu- 25 il həbs cəzası

 

Moskva Şəhər Məhkəməsi “dövlətə xəyanətdə”, “Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda” və “arzuolunmaz təşkilatla əməkdaşlıqda” ittiham olunan müxalif siyasətçi Vladimir Kara-Murzanı 25 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Vladimir kara-Murza cəzasını sərt rejimli həbsxanada çəkəcək.

Kiçik Kara-Murzaya qarşı proses mart ayında Moskva Şəhər Məhkəməsində başlayıb və cinayət işinin materialları məxfi olduğu üçün bağlı qapılar arxasında keçirilib.

Mediazona saytı hökmün elan edilməsi zamanı zala yalnız dövlət qurumları buraxıldığını, bütün digər jurnalistlər (təxminən 50 nəfər) yayım otağına göndərildiyini yazıb. Təqsirləndirilən şəxslər məhkəmə zalına gətirilərkən efir otağında səs kəsilib.

Müxalif siyasətçini ABŞ-da “Maqnitski siyahısı”na daxil edilmiş hakim Sergey Podopriqorov mühakimə edib. Vladimir Kara-Murza özü vaxtilə “Maqnitski siyahısı”nın qəbulu üçün fəal lobbiçilik edib. Onun hazırlanmasında iştirak etmək müxalifətçiyə qarşı irəli sürülən ittihamlardan biridir. Sergey Podopriqorovun özünə gəlincə, onun vaxtilə Rusiyada dövlət büdcəsindən külli miqdarda yeyintiləri üzə çıxaran, buna görə həbs olunan və təcridxanada müəmmalı şəkildə öldürülən Sergey Maqnitskinin tutulmasında iştirak etdiyi bilinməkdədir. Bu səbəbdən Vladimir Kara-Murzanın məhz bu hakim tərəfindən mühakimə olunması sərt təpki ilə qarşılanıb.

Aprelin 10-da Kara-Murza son çıxışını edib. O, özünü təqsirli bilməyib və etdiyi işdən qürur duyduğunu bildirib. Müxalifətçinin “Twitter” səhifəsində tam şəkildə dərc olunub. Burada o, Rusiyadakı hüquqi vəziyyəti 20-ci əsrin 1930-cu illərinə bənzədib.

Kara-Murza özünü yalnız bir şeydə günahlandırıb. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Kreml rejiminin nə qədər təhlükəli olduğuna öz vətəndaşlarını kifayət qədər inandıra bilməyib. Siyasətçi gec-tez Rusiya cəmiyyətinin dəyişəcəyinə ümid etdiyini bildirib. O, ölkəsinə və xalqına inanmaqda davam etdiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR