İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müəmmalı ölüm: Hərbi akademiyada üç kursantın cəsədi tapıldı

Sankt-Peterburq yaxınlığındakı Sertolovo hərbi rabitə akademiyasında 3 kursant ölüb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, üç kursantın martın 27-də səhər tezdən kazarmada xəstələndiyi ortaya çıxıb.

Onların ağızlarında köpük əmələ gəlib və epileptik tutma əlamətləri göstəriblər. Kursantları xilas etmək mümkün olmayıb.

Ölən kursantlaırn bir gün əvvəl, yəni bazar günü buraxılışda olduğu bildirilir. Onların müqavilə əsasında xidmət etdiyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR