Onlayn ictimai-siyasi qəzet
Milyarder Denis Ştenqelovun ekstremist kimi tanınması üçün ona qarşı iddia qaldırılıb.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, iş adamı "Kirieshki", "Yaşkino" brendlərinin və "KDV" futbol klubunun sahibidir.
Bildirilir ki, Rusiyanın Baş Prokurorluğu milyarder Denis Ştenqelovun ekstremist kimi tanınması tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb tam aydın deyil. Moskva məhkəmələrinin saytındakı iş materiallarında onun təqsiri “ekstremist materialların yayması” kimi göstərilsə də, təfərrüatlar açıqlanmır.
Stenqelov “KDV Group” qida holdinqinə sahib olan "Konditerus Kom" ASC-nin ortaq sahibidir. Bu şirkət "Kirieshki", "Yashkino", "Babkiny Semechki", “BeerKa” və digər markalar altında məşhur məhsullar istehsal edir. Bundan əlavə, sahibkar "Yarçe" mağazalar şəbəkəsinin və "KDV" futbol klubunun sahibidir.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ