Onlayn ictimai-siyasi qəzet
Noyabrda Rusiyada meyvə və tərəvəzin qiymətləri 10,4 faiz, o cümlədən xiyarın qiyməti təxminən 43 faiz bahalaşıb.
Musavat.com Rosstat-ın açıqladığı hesabata istinadən xəbər verir ki, oktyabrda meyvə və tərəvəzlər 1,4 bahalaşmışdı.
İlin əvvəlindən bu məhsullar 12 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,7 faiz bahalaşıb.
Rosstatın məlumatına görə, noyabrda xiyarın qiymətləri 42,6 faiz (oktyabrda 3,8 faiz), pomidorun qiyməti 22,8 faiz (3,2 faiz), soğanın qiyməti 19 faiz (4,4 faiz), kartofun qiyməti 17,6 faiz (4,9 faiz), kələm 16,1 faiz (azalma 3,4 faiz), yerkökü 5,7 faiz (azalma 6,5 faiz), banan 5,4 faiz (artım 4,4 faiz) artıb, limonun qiyməti 1,8 faiz ucuzlaşıb.
Qeyd edək ki, Azərbaycanın xiyar-pomidor ixracında Rusiya 95 faizdən yuxarı paya malikdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 136 milyon 365,52 min dollarlıq 115 min 368,63 ton pomidor, 1 milyon 600,79 min dollar dəyərində 1546,04 ton xiyar ixrac edilib.
Rusiyada qiymətlərin oktyabrdan bahalaşmağa başladığını nəzərə alsaq, ilin sonunadən bu ölkəyə ixrac həcminin daha sürətlə artacağını söyləyə bilərik.
Musavat.com
12 Dekabr 2024
11 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ