Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kazan şəhərində 35 yaşlı kişi sərxoş vəziyyətdə iki yaşlı qızını beşinci mərtəbədən atıb.
Ona elə gəlib ki, mənzildə yanğın baş verib.
Azyaşlını binanın yanından keçən yük maşını sürücüsü xilas edib. Uşaq xəstəxanaya yerləşdirilib, onun qolu sınıb və beynindən zədə alıb.
Övladını pəncərədən atan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk bildirib ki, kişi əvvəlcə iki əkiz uşağını pəncərədən atmaq niyyətində olub. Lakin yoldan keçən yük maşını sürücüsü ona mane olub. O, uşaqların qışqırıqlarını eşidib və atanı fikrindən qismən yayındıra bilib.
Bundan sonra kişi azyaşlı qızını pəncərədən atıb. Qayğıkeş sürücü onu havada yaxalaya bilib və xilas edilən körpə ilə birlikdə qar uçqunu üzərinə yuvarlanıb.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ