İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi xidmətə çağırış yaşında dəyişiklik edilir

Rusiya Dövlət Duması iyulun 25-də yaz sessiyasının plenar iclasında hərbi xidmətə çağırış yaşının artırılması haqqında qanun layihəsinə ikinci, əsas oxunuşda baxa bilər.

“Report”un məlumatına görə, söhbət Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun başçılıq etdiyi bir qrup deputatın mart ayında palataya təqdim etdiyi qanun layihəsindən gedir.

Duma sənədi iyunda birinci oxunuşda qəbul edib. İlkin olaraq təşəbbüs “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Alternativ mülki xidmət haqqında” qanunlarda hərbi xidmətə çağırış yaşının mərhələli şəkildə hazırkı 18 yaşdan 21 yaşa qaldırılmasını nəzərdə tuturdu.

Çağırış yaşının yuxarı həddinin 30 yaş (hazırda 27 yaşdır - Qeyd) müəyyən edilməsi təklif edilib.

Birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, 2024-cü ildə çağırış yaşının 19 yaşdan 30 yaşa, 2025-ci ildə 20 yaşdan 30 yaşa, 2026-cı ildə 21 yaşdan 30 yaşadək müəyyən edilməsi təklif edilib.

İkinci oxunuşda qanun layihəsi üzərində iş zamanı Dövlət Dumasının Müdafiə Komitəsi düzəlişi dəstəkləyib, ona görə hərbi yaşın aşağı həddi 18, yuxarı həddi isə 30 yaş olaraq qalıb. Belə ki, 2024-cü il yanvarın 1-dən hərbi xidmətə çağırış yaşı 18 yaşdan 30 yaşa qədər ola bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR