İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada görünməmiş vəhşilik: Ukraynada döyüşən vaqnerçi quldur 4 yaşlı qızını öldürdü

Rusiyanın Lipetsk şəhərində Vaqner ÖHŞ-nin döyüşçüsü həyat yoldaşını və onun dörd yaşlı qızını döyüb. Kiçik qız aldığı xəsarətlərdən dünyasını dəyişib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 31 yaşlı Vladimir adlı bu şəxs müqavilə əsasında Vaqner ÖHŞ-də xidmət edib. Avqustun sonunda o, məzuniyyətə gəlib və həmin vaxtdan evində qalıb.

İstintaqın məlumatına əsasən, Vladimir oktyabrın 1-də həyat yoldaşı 35 yaşlı Tatyana ilə mübahisə edib və onu şiddətli şəkildə döyüb. Lakin Vladimir bununla dayanmayıb. Hadisə zamanı o, evdə Tatyananın ilk evliliyindən kiçik qızı, dörd yaşlı Lena ilə qarşılaşıb. İlkin məlumata görə, vaqnerçi quldur onun başına bir neçə zərbə vurub, bundan sonra qız keçinib.

Rusiyada vaqnerçilərin həm Ukraynada həm də ölkə daxilində vəhşilikləri bununla bitmir və deyəsən bitənə də oxşamır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR