Onlayn ictimai-siyasi qəzet
Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub.
Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğannı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.
Həlak olan hər 3 şəxsin cənazələri dünən gecə saatlarında Azərbaycana gətirilərək ailələrinə təhvil verilib.
Həlak olanlardan ikisi Qazax rayonunun Daş Salahlı, biri isə Ağstafa rayonunun Muğannı kəndində bu gün dəfn ediləcək.
Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.
Hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. "LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.
Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.
Qəzada ölən digər azərbaycanlı - Ağstafa rayon sakininin isə şəxsiyyəti dəqiqləşdirilir.
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ