Onlayn ictimai-siyasi qəzet
Noyabrın 26-na qədər Rusiyada sahələrdən 132 milyon ton (bunker çəkisində) taxıl yığılıb.
Musavat.com İnterfaks-a istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 milyon ton azdır.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin statistikasına görə, noyabrın 26-dək əkin sahəsinin 97,7 faizində taxıl biçilib, məhsuldarlıq bir il əvvəlki 31,6 sentnerə qarşı 28,2 sentner olub.
Yığılan taxılın 87,7 milyon tonu buğdadır. Bir il əvvəl buğda yığımı 98,6 milyon ton olmuşdu. Ötən illə müqayisədə buğdada məhsuldarlıq müvafiq olaraq 32,7 sentnerdən 29,8 sentnerə qədər azalıb.
Qeyd edək ki, əlverişsiz hava şərtləri üzündən Rusiyada buğdanın keyfiyyətində də ciddi problemlər var.
Azərbaycan Rusiya buğdasının ən böyük alıcılarındandır. Bu ilin 10 ayında bu ölkədən 1 milyon tona yaxın buğda idxal olunub.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ