İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azyaşlı uşaqlara qarşı zorakılıq REKORD səviyyədə

Rusiyada müharibənin üçüncü ilində cinsi toxunulmazlığa qarşı cinayətlər üzrə məhkum edilənlərin sayı 20%-dən 70%-ə qədər artıb.

Musavat.com xəbər verir ki, bu cür cinayətlərə görə məhkum edilənlərin sayı yarıya qədər artıb.

Bu ilin ilk yarısında 147 nəfər məhkum edilib, halbuki bir il əvvəl bu rəqəm 97 nəfər idi.

Bu qəbildən olan hadisələrin Ukraynadakı savaşdan dönən döyüşçülər tərəfindən törədilməsi diqqət cəlb edir. Məsələn, "Vaqner" özəl hərbi şirkətinin veteranı Vladimir Aleksandrov Nijni Taqildə 11 yaşlı məktəbli qızı zorlayıb və öldürüb. Orenburqda əfv edilmiş "Vaqner" döyüşçüsü Yuri Qavrilov beşinci sinif şagirdini zorlayıb.

Son belə hadisə Sankt-Peterburqda baş verib. Zorlama və qətl cinayəti ilə məhkum edilmiş şəxs müharibəyə getmək üçün əfv edilib, geri qayıtdıqdan sonra isə həmkəndlisinə təcavüzdə ittiham olunaraq yenidən tutulub.

Xatırladaq ki, savaş başlamazdan bir neçə gün əvvəl Rusiya tələblərinin Ukraynaya qəbul etdirilməsi ilə bağlı danışarkən Vladimir Putin belə bir ifadə işlətmişdi: "Xoşuna gəlsə də, gəlməsə də, döz, gözəlim".

Yerli psixoloqlar bu cür cinayətlərin artmasının müharibə və zorakılıq təbliğatı ilə birbaşa əlaqəli olduğunu hesab edir.

"Xüsusilə, bu, hazırda Rusiyada de-fakto mövcud olan patriarxal ənənə üçün aktualdır", - deyə adının çəkilməsini istəməyən rus psixoloq qeyd edib.

Onun sözlərinə görə, zorakılıq faktiki olaraq qanuniləşdirilib, savaşdan qayıdan "qəhrəmanlar" üçün isə cəzasızlıq əlavə bir hərəkət azadlığı təmin edir.

"Hərbi əməliyyatlarda iştirak edənlər "toxunulmaz inək" statusuna malikdirlər və hakimiyyətin gözündə onlara qarşı istənilən müqavimət dərhal qurbanı cinayətkara çevirir", - deyə psixoloq vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR