İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Həbs olunanlar var - VİDEO

Rusiyanın Tver vilayətində daha bir azərbaycanlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Təhlükəsizlik qüvvələri saxta siqaretlərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni saxlayıb. 

Dəstənin tərkibinə dörd nəfər, o cümlədən iki təşkilatçı - 41 yaşlı azərbaycanlılar yerliləri E.Şərifov və İ.Əhmədov daxildir. Təqsirləndirilən şəxslər Yuxarı Volqa bölgəsindəki pərakəndə satış məntəqələrində qanunsuz tütün məmulatları satıblar.

Saxta mallar Komintern küçəsi boyunca yerləşən anbarlarda saxlanılıb. 

Təhlükəsizlik qüvvələri qanunsuz dövriyyədən dəyəri 8 milyon rubldan çox olan 70 min qutu siqaret ələ keçirib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı cinayət işlərinin başlanıb.

Qeyd edək ki, ötən həftə keçirilən əməliyyatlarda 6 azərbaycanlıdan ibarət dəstə saxlanılıb. Onlar saxta siqaretlərin qanunsuz dövriyyəsində şübhəli biliniblər.(Lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR