İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Ağalarovun biznesini ÇÖKDÜRÜRLƏR? – Krokusdakı faciədən sonra iş adamına HÜCUMLAR

Xalq artisti Emin Ağalarov martın 22-də "Crocus City Hall”da törədilmiş terror aktı zamanı həlak olanların xatirəsini yad edib. Sənətçi ticarət mərkəzinin qarşısında lentə alınan fotoları sosial şəbəkədə paylaşaraq bunları yazıb:

"Bu gün hamımız həmrəyik. Dəhşətli faciədə həlak olan günahsız insanların xatirəsini yad etmək üçün "Crocus City Hall"a gəldik. Bir daha qurbanların yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu gün sizinlə birlikdə yas tuturuq.

Yüzlərlə insan bu kabusun qurbanı oldu. Bəzi insanlar, o cümlədən şirkətimizin işçiləri öldü. Bu, hamımız üçün əvəzedilməz itkidir. Son zamanlar minlərlə tamaşaçı və sənətçinin sevimli məkanı olan məkan dəhşətli terror aktı nəticəsində dağıdılıb. Həlak olanlara əbədi xatirə".

Qeyd edək ki, terror aktı zamanı 144 nəfər həlak olub.

Amma Rusiya mətbuatının və teleqram kanallarının yaydığı məlumata görə, bundan sonra faciənin baş verdiyi məkanda yenidən əyləncə mərkəzinin açılmasına icazə verilməyəcək. Beləcə, Ağalarovun biznesinin Rusiyada çökdürülməsi prosesinə də start verilir. Bunun mümkün nəticələri nədən ibarətdir? Orda yaşayan azərbaycanlıılara qarşı hansısa yeni sanksiyalar ola bilərmi?

Bu və gündəmdəki bir çox sualları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR