Onlayn ictimai-siyasi qəzet
Ukraynanın PUA-nın hücumundan sonra dağıntıların baş verdiyi Engelsdə yanğının söndürülməsi üçün Saratov vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Musavat.com xəbər verir ki, məlumatı bölgənin qubernatoru Roman Busargin açıqlayıb.
Qeyd edək ki, PUA hücumu yanvarın 8-də baş verib. Ukrayna dronları Engels hərbi aerodromundakı yanacaq bazasına zərbə endirib, yanğın başlayıb. Bir neçə gün sonra Rusiya rəsmi qurumları yanğının 80 faiz lokallaşdırıldığını elan etsələr də, bu gün ərazidə fövqəladə vəziyyətin elan olunması bu məlumatın reallığı əks etdirmədiyini göstərir.
Ukrayna tərəfi bazada 1 milyon tondan yuxarı aviasiya yanacağı olan çənlərin məhv edildiyini açıqlayıb.
Musavat.com
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ