İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya yaxın 10 gün ərzində genişmiqyaslı hücuma keçəcək”- “Financial Times”

“Ukrayna hökuməti Rusiyanın yeni genişmiqyaslı hücuma başlamaq niyyəti barədə “çox etibarlı kəşfiyyat məlumatı əldə edib”.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Məlumata görə, hücum yaxın 10 gün ərzində başlaya bilər.

Mütəxəssislər Luqansk vilayətinin ötən ilin payızındakı əks-hücum zamanı Ukrayna ordusu tərəfindən azad edilmiş Kremennaya və Liman şəhərləri yaxınlığındakı qərb hissəsini hücumun ehtimal edilən yeri adlandırırlar. Yerli rəsmilərin və Qərb analitiklərinin fikrincə, Rusiya artıq bir neçə həftədir ki, bu istiqamətdə qoşun toplayır.

Qəzet qeyd edir ki, eyni zamanda Moskva Donetsk vilayətinin cənubunda öz qüvvələrini gücləndirir.

Ukrayna prezidenti Vladimir Zelenski fevralın 5-i axşam çıxışında Rusiya qüvvələrinin fevralda ötənilki məğlubiyyətlərinin əvəzini çıxmağı planlaşdırdığına dair mətbuatda yayılan məlumatlara işarə edərək Donetsk vilayətində çox çətin vəziyyətin olduğunu, şiddətli döyüşlərin getdiyini qeyd edib.

Zelenski “nə qədər çətin olsa da, biz dözməliyik”, – deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR