Onlayn ictimai-siyasi qəzet
İrəvan növbəti dəfə Qərbin göstərişi ilə hərəkət edərək qonşuları ilə nəinki nəqliyyat əlaqəsi qurmaq, hətta bütövlükdə regionda vəziyyətin normallaşmasına töhfə vermək imkanını əldən verir.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ermənistan XİN-in Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına reaksiyasını şərh edərkən deyib.
“Sərhəd nəzarəti məsələlərində Ermənistan tərəfinin konstruktiv mövqe nümayiş etdirməməsi səbəbindən dəmir yolu xidmətinin işə salınması ilə bağlı yekun razılıq əldə etmək mümkün olmayıb”, - o bildirib.
M.Zaxarova vurğulayıb ki, İrəvan 9 noyabr 2020-ci il tarixli razılaşmalardan uzaqlaşıb: "Rusiya sərhədçilərinin Azərbaycan tərəfində olmasını tələb edərək, qarşılıqlılıq prinsipində israr etməyə başlayıb. Ermənistan hakimiyyəti qərbli dostlarının yolunu tutub və faktiki olaraq üçtərəfli işçi qrupda birgə işi dondurub. Lakin bu, kommunikasiyaların açılması baxımından praktiki nəticə vermədi”.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ