İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: Fransanın bu ölkədən çıxarılması ona tələbat olmadığını göstərir

Fransa kontingentinin Kot d`İvuardan çıxarılması ona tələbat olmadığını göstərir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilir.

“Moskva hesab edir ki, Fransa kontingentinin çıxarılması Kot d`İvuarda ona tələbat olmadığını göstərir. Bu ölkənin hakimiyyəti 1893-cü ildən burada olan xarici hərbi qulluqçuların xəyali “dəstəklərinə” ehtiyac duymur. Bu, ümumiyyətlə, Qərbi Afrikanın frankofon ölkələrində baş verən proseslərə əsasən, məntiqəuyğundur. Bu ölkələrin əhalisi keçmiş metropolun genişmiqyaslı mövcudluğuna getdikcə daha çox tənqidi yanaşırlar”, - məlumatda vurğulanır.

Qurumdan bildirilib ki, Fransa Qvineya körfəzindəki ən böyük hərbi bazası olan Port Bueni 2025-ci ildə Kot d`İvuar hakimiyyətinə təhvil verməyə hazırlaşır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

12 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR