İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: “Fransa ilə münasibətlər dərin böhran içindədir”

“Rusiya-Fransa münasibətləri dərin böhran içindədir, Paris dialoq mexanizmlərini “dondurub”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik qeyd edib ki, Fransanın yeni xarici işlər nazirinin Aİ və NATO-ya qarşı çıxa biləcəyi ilə bağlı heç bir illüziyası yoxdur.

“Aydındır ki, bu gün Rusiya ilə Fransa arasında münasibətlər dərin böhran içindədir. Keçmiş tərəfdaşlarımız öz istəkləri ilə onilliklər boyu yaradılmış təməli iki il ərzində dağıtdılar, dialoq və əməkdaşlığa dəstək mexanizmlərini “dondurdular”, ticarət-iqtisadi, elmi, mədəni və humanitar sahələrdə mövcud olan əməkdaşlığa ciddi zərbə vurdular”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR