İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: Bütün mübahisəli məsələlər yalnız sülh yolu ilə həll edilməlidir

Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhlə bağlı təşəbbüsləri hər iki ölkə arasında xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

XİN nümayəndəsi qeyd edib ki, Rusiya hər zaman tərəfləri bir-birinə qarşı münasibətlərdə təmkinli olmağa çağırır: "Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gəlincə, biz mütəmadi olaraq İrəvan və Bakını təmkinli olmağa çağırırıq. Bütün mübahisəli məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR