Onlayn ictimai-siyasi qəzet
Avqustun 11-nə keçən gecə Rusiya ordusu Voronej vilayətindən 4 "KN-23" ballistik raketi və Primorsko-Axtarsk, Yeysk və Kursk vilayətlərindən 57 “Şahed” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib. 53 PUA Ukrayna səmasında vurulub.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk bildirib.
Onun sözlərinə görə, ruslar həmçinin Donetsk vilayətinin Pokrovsk şəhərini raket artilleriyasından atəşə tutublar.
N.Oleşçuk əlavə edib ki, bu raketlər nadir hallarda hədəflərinə çatsa da, əhali üçün ciddi təhlükə yaradır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ