İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşı ilə bağlı İrəvan polisində hadisə

İrəvanda xuliqanlıq etdiyinə görə həbs edilən 19 yaşlı Rusiya vətəndaşı Yuliya Maksimovskaya polis idarəsindən qaçmaq istəyərkən xəsarət alıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, dekabrın 12-də saat 21:30 radələrində Erebuni və Nubaraşen şöbəsində qarşıdurmadan sonra qız tualetə getməyi xahiş edib. Maksimovskaya tualetdə pəncərədən qaçmağa çalışsa da, qaçmaq əvəzinə, məhbusların gəzintisi üçün nəzərdə tutulan əraziyə düşüb. Yıxılan zaman qızın bir neçə qabırğası sınıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişi xəstəxanaya çatdırıblar. Bildirilir ki, faktiki olaraq xuliqanlıq işi ilə yanaşı, qaçmağa cəhd işi də başlanıb.

HADİSE.jpeg (13 KB)

Xatırladaq ki, Maksimovskaya dekabrın 8-də Ermənistan paytaxtının mərkəzində baş verən insidentdə zərər çəkib. Ermənilər onu döyüb, üstünə boya səpiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR