Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiyanın 95 hərbi qulluqçusu Ukraynanın nəzarətində olan ərazilərdən geri qaytarılıb, 95 hərbi əsir isə əvəzində Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Hazırda Rusiyanın bütün hərbi qulluqçuları Belarus ərazisində yerləşir, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir.Onlar müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq.
Qeyd olunur ki, Rusiya hərbçilərinin əsirlikdən qayıtması zamanı Birləşmiş Ərəb Əmirlikləri humanitar vasitəçilik edib.
Şahanə Rəhimli
Musvat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ